Qırğızıstanda uşaqlar arasına kütləvi zəhərlənmə

Qırğızıstanda uşaqlar arasına kütləvi zəhərlənmə

Qırğızıstanın Oş vilayətində qırxdan çox uşaq naməlum maddədən zəhərlənib, onlardan 18-i xəstəxanaya yerləşdirilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

“Oş vilayətinin Qara-Su rayonunda 43 uşaq tibbi yardım üçün müraciət edib”, - nazirlikdən bildirilib.

Zərərçəkənlərə ilkin zəhərlənmə diaqnozu qoyulub.

Zəhərlənməyə konkret nəyin səbəb olduğu hazırda mütəxəssislər tərəfindən müəyyən edilir. Müvafiq təhlillər aparılır.