Kuleba F-16 qırıcılarının gec gətirilməsinin səbəbini açıqlayıb

Kuleba F-16 qırıcılarının gec gətirilməsinin səbəbini açıqlayıb

Amerika F-16 qırıcılarının Ukrayana tədarükünün gecikdirilməsi texniki problemlərlə bağlıdır.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.Onun sözlərinə görə, Ukraynaya Qərb qırıcılarının verilməsi üçün aviasiya koalisiyası güclənir.

“Dedim və yenə də deyirəm: hər şey yaxşı olacaq. F-16-lar olacaq. Siz sadəcə texniki məsələləri həll etməlisiniz, bu asan proses deyil”, - deyən Kuleba əlavə edib ki, ordu hazırda “bütün bunları təşkil etmək üzərində işləyir”.