UEFA təcili toplanır: Avropa Super Liqasını yaradan 12 klubla bağlı radikal qərarlar gözlənilir

UEFA təcili toplanır: Avropa Super Liqasını yaradan 12 klubla bağlı radikal qərarlar gözlənilir

UEFA İcraiyyə Komitəsinin Montrö şəhərində təcili iclası çağırılıb.

Bu barədə “SporX” məlumat yayıb.

İclasda UEFA, FIFA, Premyer Liqa, A Seriyası və La Liqa rəhbərlikləri Avropa Super Liqasının yaradan 12 klubun Çempionlar Liqası, UEFA Avropa Liqası və yerli çempionatlardan kənarlaşdırılmasını müzakirə edəcək.