Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanı cümə axşamı Ukraynaya səfərə dəvət edib.
Bu barədə Türkiyə XİN-dən məlumat verilib.
“Bu gün xarici işlər naziri Hakan Fidan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb. Söhbət zamanı həmkarı nazir Fidanı yeni təyinatı münasibətilə təbrik edib və Ukraynaya səfərə dəvət edib. Söhbət zamanı Ukraynada baş verən cari hadisələr də müzakirə olunub”, - Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.