Türkiyədə İnterpol xətti ilə axtarılan şəxslərin rəhbərlik etdiyi iki mütəşəkkil cinayətkar dəstəyə qarşı “Kuyu-36” əməliyyatı keçirilib.
Korrespondent.az bildirir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.
O bildirib ki, əməliyyat nəticəsində 157 şübhəli saxlanılıb.
Həmçinin, 40 sənədsiz tapança, 10 avtomatik tapança, 5 tüfəng, 3 AK-47 uzun lüləli avtomat, 2 əl bombası, 9 gülləkeçirməz jilet və müxtəlif növ ləvazimatlar ələ keçirilib.