Türkiyədə güclü qar həyatı iflic etdi - FOTO

Türkiyədə güclü qar həyatı iflic etdi - FOTO

Türkiyənin Ağrı bölgəsinə yağan güclü qar bəzi kəndlərdə həyatı iflic edib.

Modern.az xəbər verir ki, Ağrıda qarın qalınlığı 50 santimetrə çatıb. Bəzi kəndlərdə evlər qarın altında qalıb. 

Çarəsiz vəziyyətə düşən sakinlər qarın yaratdığı fəsadlardan xilas olmağa çalışırlar. Sakinlərin bildirdiyinə görə, havanın şaxtalı olması səbəbindən bir çox heyvanlar donaraq tələf olublar.