Türkiyə Futbol Federasiyasının (TFF) rəhbəri Nihat Özdemir koronavirusa yoluxub.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Türkiyə Futbol Federasiyasının rəhbəri Nihat Özdemirin COVID-19 testi müsbət nəticə verib. Ümumi sağlamlıq vəziyyəti yaxşı olan sədrimizin müalicə və karantin prosesi başlayıb”, - deyə TFF-dən bildirilib.