Turizm sektorunda 35,7% artım proqnozlaşdırılır

Turizm sektorunda 35,7% artım proqnozlaşdırılır

2021-ci ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 72,2% olacağı planlaşdırılır. Qeyri-neft sektorunda isə turizmin payı xüsusi diqqət çəkir. Cari ildə pandemiya səbəbindən turizm sektorunun zəifləməsinə baxmayaraq2021-ci ildə bu sahədə 35,7% artım olacağı gözlənilir.

Margin.az xəbər verir ki, bu, 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama sənədində qeyd olunub.

Əlavə edək ki, digər iqtisadi sektorlara nisbətən ən çox artım turizmdə proqnozlaşdırılıb.