Tramp Zelenski ilə danışdı və... MÜHARİBƏYƏ SON QOYACAĞINA BİR DAHA SÖZ VERDİ

Tramp Zelenski ilə danışdı və... MÜHARİBƏYƏ SON QOYACAĞINA BİR DAHA SÖZ VERDİ

ABŞ-ın 35-ci prezidenti və bu il keçiriləcək seçkilərdə prezidentliyə namizəd Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.

Bu barədə Tramp özünün "Truth Social" səhifəsində yazıb.

"ABŞ-ın növbəti prezidenti olaraq mən dünyaya sülh gətirəcəyəm və bu qədər insanın həyatına son qoyan müharibəyə son qoyacağam. Hər iki tərəf bir araya gələrək zorakılığa son qoyan razılaşmanı müzakirə edə bilər”, - Tramp qeyd edib.

Xatırladaq ki, Tramp dəfələrlə bu il prezident seçkilərində qalib gələcəyi təqdirdə, Ukrayna münaqişəsinin tezliklə həllinə nail olacağını bəyan edib.