“WhatsApp” mesencerinin, “Facebook” və “İnstagram” sosial şəbəkələrinin işində problem yaranıb.
Korrespondent.az bildirir ki, bu barədə sosial şəbəkələrdə problemləri izləyən “Downdetector” məlumat yayıb.
Məlumata əsasən, istifadəçilər əsasən mesajların göndərilməsində, mobil tətbiqin işində və bağlantıda problemlərlə qarşılaşıblar.
Bildirək ki, eyni problemlər Azərbaycandakı istifadəçilərdə də müşahidə edilib.
Son məlumata görə, sözügedən problemlər artıq aradan qaldırılıb.