Soros Fondu daha bir ölkədən gedir

Soros Fondu daha bir ölkədən gedir

Amerikalı milyarder Corc Sorosun Açıq Cəmiyyət İnstitutu Tacikistanı tərk edib.

Modern.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

Fond bu qərarı 2021-ci ildə başlanan transformasiya prosesi ilə izah edib. 

Soros Fondunun 40-dan çox ölkədə filialları var. Təşkilat təhsil, mədəniyyət, incəsənət və səhiyyə proqramlarını dəstəkləyir.

Bundan əvvəl Soros Fondu Rusiya, Türkiyə, Belarus və Macarıstandakı filiallarını bağlayıb.

Onu da qeyd edək ki, bir çox dövlətlər Soros Fondunu rəngli inqilablara dəstək verməkdə ittiham edir.