Slovakiya prezidentinin sevgilisinə təhdid

Slovakiya prezidentinin sevgilisinə təhdid

Slovakiya Prezidenti Zuzana Çaputovanın sevgilisi Yuray Rizman polisə müraciət edib.

Buna səbəb artıq xeyli vaxt təhdidlərə məruz qalması və avtomobilinin zərər vurulması olub.

Bu barədə Rizman “Facebook” səhifəsində yazıb.

Həmin şəxsin sözlərinə görə, naməlum “fanat” onun avtomobilinin damını həm deşib, həm də əzib.

Rizman zərərin məbləğinin təxminən 1600 avro olduğunu, həmin gün maşını pullu, lakin mühafizəsi olmayan dayanacaqda saxladığını bildirib.

“Əlbəttə, polisə müraciət etdim. Sosial şəbəkələrdə yazılan yazılardan, vulqar məktublardan və birbaşa hədələrdən sonra avtomobilə ziyan dəyib. Şübhə etmirəm ki, bu, görüşdüyüm şəxs və gördüyüm işlərlə əlaqəlidir”, - Y.Rizman yazıb.

Bir qədər əvvəl məlum olub ki, Slovakiya polisi sosial şəbəkələrdə ölkə başçısı Zuzana Çaputova və yerli parlamentin deputatlarını öldürməklə hədələyən şəxsi saxlayıb.