Rusiyanın neft emalı zavodları sıradan çıxarılır: Ukraynanın İLGİNC PLANI

Rusiyanın neft emalı zavodları sıradan çıxarılır: Ukraynanın İLGİNC PLANI

Rusiyada neft emalı zavodları ardıcıl olaraq sıradan çıxarılı

Son iki ay ərzində Rusiyada 13 neft emalı zavodu fəaliyyətini dayandırıb. Politika nəşrinin məlumatına görə, hazırda ölkədə cəmi üç neft emalı zavodu normal işləməyə davam edir. Nəşr yazır ki, bu vəziyyət Rusiyada ciddi yanacaq çatışmazlığına gətirib çıxarıb. Nəşrin yazdığına görə Rusiya artıq tərəfdaşlarını yanacaqla etmək gücünü itirir.

Bildirilir ki, Ukrayna ordusu son həftələr Rusiyanın dərinliklərində yerləşən neft emalı zavodlarına mütəmadi zərbələr endirir. Son hücumlardan biri bu gecə Krasnodar diyarının Slavyansk-na-Kubani şəhərində qeydə alınıb.

Məlumata görə, Slavyansk Neft Emalı Zavodunun (NEZ) ərazisindəki boru xətti dron zərbəsi nəticəsində zədələnib. Hücum nəticəsində bir fərdi yaşayış evi və bir çoxmənzilli bina da xəsarət alıb. Regionun operativ qərargahı bildirib ki, zavodda yanğın baş verməyib və ölən yoxdur.

Anapada isə dronun qalıqları bağ evlərindən birinin damına düşərək qismən dağıntıya səbəb olub.

Rusiya Müdafiə Nazirliyi noyabrın 30-da səhər saatlarında Krasnodar diyarı üzərində yeddi pilotsuz uçuş aparatının məhv edildiyini açıqlayıb. Rosaviatsiya həm Qelendjik, həm də Krasnodar hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Rostov vilayətində də bir neçə rayon dron hücumlarının hədəfi olub. Müdafiə Nazirliyinin məlumatına görə, region üzərində 16 PUA vurulub və ya zərərsizləşdirilib. Vilayətin qubernatoru Yuriy Slyusar bildirib ki, Gukovo şəhərində 128 çoxmənzilli binanı, iki xəstəxananı, dörd məktəbi və altı uşaq bağçasını istiliklə təmin edən qazanxana sıradan çıxıb. Qazanxananın işçiləri təxliyə olunub, istilik sistemi müvəqqəti olaraq dayandırılıb.

Novoshaxtinsk şəhərində isə dron hücumu nəticəsində sənaye obyektlərindən birində yanğın baş verib. 50 kvadratmetr sahədə yayılan alov qısa müddətdə söndürülüb.