Rusiya Ukrayna müharibəsində ələ keçirdiyi NATO texnikalarının NÖVBƏTİ SƏRGİSİNİ KEÇİRİR

Rusiya Ukrayna müharibəsində ələ keçirdiyi NATO texnikalarının NÖVBƏTİ SƏRGİSİNİ KEÇİRİR

Ukraynadakı müharibə zamanı qənimət kimi ələ keçirilmiş NATO hərbi texnikaları bu dəfə Novosibirsk şəhərinin Pimenov meydanında nümayiş olunacaq.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Mərkəzi Hərbi Dairəsindən məlumat verilib.

Məlumata görə, sərginin əsas hissəsində Ukrayna, ABŞ, Böyük Britaniya, Türkiyə və digər ölkələrdə istehsal olunan 14 texnika nümayiş etdirilir. Onların arasında “Abrams” tankı, “M113”, “Kozak”, “Kirpi” zirehli transportyorları, “Marder” və “Bredli” piyadaların döyüş maşınları, “Mastiff”, “Pinzqauer” maşını var.

Xatırladaq ki, bu cür sərgilər Rusiyanın müxtəlif şəhərlərində əvvəllər də keçirilib.