Böyük Britaniyanın Moskvadakı Səfirliyinin altı əməkdaşının akkreditasiyası ləğv edilib.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı Rusiyanın Federal Təhlükəsizlik Xidməti yayıb.
Bildirilib ki, Rusiyanın xüsusi xidmət orqanları Britaniya səfirliyinin siyasi bölməsinin diplomatlarının fəaliyyətində kəşfiyyat əlamətləri aşkar ediblər.
Onların hazırda Rusiya ərazisindən çıxarıldığı qeyd olunub.
Ölkəni tərk edən diplomatların hava limanında çəkilmiş fotosu da yayımlanıb.