"Real Madrid" Beyli icarəyə verir

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Qaret Beyl İngiltərə “Tottenhem”inə qayıdır.

Korrespondent.az xəbər verir ki, London təmsilçisi uelsli futbolçunu bir illik icarəyə götürəcək. Əmək haqqının bir hissəsini “Tottenhem”, digər hissəsini isə “Real Madrid” ödəyəcək.

Qeyd edək ki, Qaret Beyl “Tottenhem”dən “Real”a 101 mln avro məbləğində transfer edilmişdi.