Qəmər Adaları İttifaqının Prezidenti hücuma məruz qalıb, başından xəncər yarası alıb

Qəmər Adaları İttifaqının Prezidenti hücuma məruz qalıb, başından xəncər yarası alıb

Qəmər Adaları İttifaqının Prezidenti Azali Assumani naməlum şəxsin hücumuna məruz qalıb və xəncər yarası alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Habari za comores” portalı məlumat yayıb.

Zərbə onun başına dəyib, lakin yara elə də təhlükəli deyil.

Qeyd olunub ki, Prezident anım mərasimində iştirak etmək üçün Salimani kəndinə gedib və orada hücuma məruz qalıb. Cinayətkar saxlanılıb və dindirilir.