"Qazprom"un törəmə şirkəti neft ticarət bölməsini bağlayır

“Qazprom”un törəmə şirkəti olan “Gazprom Marketing and Trading” (GMT) neft və neft məhsulları ilə ticarət üzrə bölməsini bağlayır.

Margin.az xəbər verir ki, “Reuters” agentliyi bu haqda məlumat yayıb. Agentliyə əsasən, bölmənin bağlanması xərclərin ixtisarı proqramı çərçivəsində aparılır.

GMT Britaniya, İsveçrə, Sinqapur, Fransa və ABŞ-dakı ofisləri ilə təbii qaz, elektroenergetika və maye qaz ticarəti sahəsində ixtisaslaşıb. Dünyanın ən böyük maye qaz ticarətçilərindən biridir.

“Reuters”in mənbələrinin məlumatına görə, bölmənin bağlanması nəticəsində bütün dünyada təxminən 20 insan şirkəti tərk edəcək. “Qazprom” isə agentliyə informasiyanı şərh etməkdən imtina edib.