“Hazırda Rusiya, Ermənistan və Azərbaycan tərəfindən noyabrın 9-da imzalanan üçtərəfli bəyanat ardıcıl formada icra edilir. Rusiya sülhməramlıları təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilir”, - deyə Rusiya lideri bildirib.
“Hamı yaxşı bilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında qan tökülməsini dayandırmaq, tam atəşkəsə nail olmaq və sabitləşmə prosesinə başlamaq üçün Rusiyanın aktiv vasitəçi səyləri tələb olunub”, - Putin qeyd edib.