Putin və Baydenin danışıqlar aparacağı tarix açıqlandı

Putin və Baydenin danışıqlar aparacağı tarix açıqlandı

Dekabrın 7-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında videoəlaqə vasitəsilə danışıqlar baş tutacaq.

 Sözügedən informasiyanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.

Tərəflərin Ukrayna və ikitərəfli gündəmə dair bir çox digər məsələləri müzakirə edəcəyi bildirilir.