Pakistan və Hindistan qoşunlarını geri çəkməyə razılaşıblar

Pakistan və Hindistan qoşunlarını geri çəkməyə razılaşıblar

Hindistan və Pakistan may ayının sonunadək qoşunlarının silahlı münaqişə başlamazdan əvvəl tutduqları mövqelərə geri çəkməyə razılaşıblar.

Korrespondent.az bu barədə Pakistan KİV-ə istinadən xəbər verir.

“Qoşunlar mayın sonuna qədər münaqişədən əvvəl tutduqları mövqelərə geri çəkiləcək”, – deyə Pakistanın təhlükəsizlik xidmətinin adı açıqlanmayan nümayəndəsi bildirib.