Ötən il Azərbaycanda 58 kişi zorakılığa məruz qalıb

Ötən il Azərbaycanda 58 kişi zorakılığa məruz qalıb

Ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstək xidmətinə gender əsaslı zorakılıqla bağlı 860 müraciət olunub.

Korrespondent.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında əksini tapıb.

Belə ki, müraciət edənlərdən 58 nəfəri kişi, 272 nəfəri isə qadın olub.

Ümumilikdə isə dəstək xidmətinə 1623 müraciət olub ki, bunlar da 6 istiqaməti əhatə edib. Ən çox müraciət boşanma prosesindəki problemlərlə bağlı olub: Məişət zorakılığı - 304 (19%), Boşanma prosesindəki problemlər - 472 (29%), Sosial-maddi rifahın aşağı olması - 267 (16%), Səhiyyə hüququnun təmin edilməsi - 42 (3%), Hüquqi yardıma ehtiyac - 495 (30%), Sığınacaqla təmin olunma - 43 (3%).