Nikol Paşinyan Şarl Mişellə təkbətək görüşüb - YENİLƏNİB

Nikol Paşinyan Şarl Mişellə təkbətək görüşüb - YENİLƏNİB

Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüş keçirib”, - məlumatda deyilir.

***19:52

Brüsseldə səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb.

“Report” xəbər verir ki, Şarl Mişel Nikol Paşinyanı qarşılayıb. Daha sonra onlar birgə foto çəkdiriblər.

Qeyd edək ki, artıq Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə təkbətək görüşü keçirilib.