MN: “Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”

MN: “Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 26-sı saat 21:30-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.