Misirdə qatar relsdən çıxdı: 8 ölü, 101 yaralı - VİDEO

Misirdə qatar relsdən çıxdı: 8 ölü, 101 yaralı - VİDEO

Misirin Kalyubiya vilayətində dəmiryolu qəzası baş verib.

“Al-Arabiyya” məlumat verir ki, qatarın relsdən çıxması nəticəsində səkkiz nəfər ölüb, 101 nəfər isə yaralanıb.

Qeyd edək ki, bu, son zamanlarda Misirdə baş vermiş ikinci dəmir yolu qəzasıdır. Belə ki, martın sonunda iki qatarın toqquşması nəticəsində 19 nəfər ölmüş, 185 nəfər isə yaralanmışdı.