Mehdiyevin tənqidindən sonra Elton Məmmədov ƏRİZƏ YAZDI

Mehdiyevin tənqidindən sonra Elton Məmmədov ƏRİZƏ YAZDI

AMEA-nın prezidenti Ramiz Mehdiyev iclasda qurumun İşlər idarəsinin müdiri Elton Məmmədovu sərt tənqid edərək, onun işdən azad olunduğunu bildirib.

Unikal.org-un əldə etdiyi məlumata görə, E.Məmmədov isə uzunmüddətli məzuniyyətə çıxaraq, iyun ayının 14-də işdən çıxması ilə bağlı ərizə yazaraq akademiyanı tərk edib.

Qeyd edək ki, E.Məmmədov bu il yanvarın 17-də həmin vəzifəyə təyin olunmuşdu.