Livana səfər edən İran parlamentinin sədri təyyarəni özü idarə etdi - VİDEO

Livana səfər edən İran parlamentinin sədri təyyarəni özü idarə etdi - VİDEO

İran parlamentinin sədri Məhəmməd Bagir Qalibaf bu gün Livana rəsmi səfərə yola düşüb.

“Azad İran” Teleqram kanalı xəbər verir ki, spiker Beyruta səfəri zamanı təyyarəni özü idarə edib.

Bildirilir ki, səfərin əsas məqsədi Livan rəsmiləri ilə görüşlər keçirmək və bu ölkədəki müqavimət hərəkatına İranın davamlı dəstəyini bir daha bəyan etməkdir.

Məhəmməd Bagir Qalibaf Livandan sonra Cenevrəyə yola düşəcək və orada keçiriləcək Parlamentlərarası İttifaqın Zirvə toplantısında iştirak edəcək.