Rusiyanın xarici işlər naziri Sergey Lavrov 6-7 aprel tarixlərində Türkiyəyə səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.
Qeyd edilib ki, səfər zamanı ikitərəfli məsələlər, o cümlədən ticarət və enerji məsələləri müzakirə ediləcək.
Həmçinin Suriya və Ukraynadakı vəziyyət, eləcə də Cənubi Qafqazdakı vəziyyət müzakirə mövzusu olacaq.