Kuman “El-Klasiko”dakı məğlubiyyətlə bağlı hakimləri ittiham etdi – FOTO

Kuman “El-Klasiko”dakı məğlubiyyətlə bağlı hakimləri ittiham etdi – FOTO

“Barselona”nın baş məşqçisi Ronald Kuman La Liqanın 30-cu turu çərçivəsində Madrid “Real”ına 2:1 hesabıyla məğlub olmalarının səbəbini hakim təəsübkeşliyi ilə əlaqələndirib.

Bu barədə niderlandlı mütəxəssis özünün “Twitter” səhifəsində yazıb.

“Biz oyun boyu üstünlüyə malik idik. Yaxşı nəticə üçün şanslarımız var idi. Lakin VAR və hakimin səhv qərarı ucbatından bəxtimiz gətirmədi”, - deyə o qeyd edib.

Kuman bildirib ki, Ferland Mendi ilə mübarizədə Martin Breytueytin yıxılmasından sonra kral klubunun qapısına 11 metrlik cərimə təyin olunmalı idi.  

Qeyd edək ki, “El-Klasiko”nu Hesus Hil Mansannonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edirdi.