ABŞ-nin Qətərdəki bazasından başqa, heç bir hərbi obyektinə İranın hücumu qeydə alınmayıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters"ə ABŞ Silahlı Qüvvələrinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ABŞ-nin Qətərdəki əl-Udeyd aviabazasına heç bir ziyan dəyməyib.
Daha əvvəl agentlik mənbələrə istinadən məlumat vermişdi ki, mümkün hücum təhlükəsi səbəbindən ABŞ-nin İraqdakı Ayn əl-Əsəd aviabazasında hava hücumundan müdafiə sistemləri işə salınıb.