Kərim Benzema Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayıb

Kərim Benzema Səudiyyə Ərəbistanı klubu ilə müqavilə imzalayıb

Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanı klubu “Əl-İttihad”la müqavilə imzalayıb.

Korrespondent.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano tviter səhifəsi vasitəsilə paylaşım edib.

Onun sözlərinə görə, İspaniyanın “Real Madrid” klubundan ayrılan 36 yaşlı hücumçu ərəblərlə keçidin bütün detallarını razılaşdırıb. Fransa millisinin sabiq üzvünün yeni komandası ilə 2 illik müqavilə imzaladığı vurğulanıb.

Qeyd edək ki, Kərim Benzema 2009-cu ildən bəri “Real Madrid”in formasını geyinib.