Kamran Həsənli Çingiz Abdullayevi tənqid etdi -Video

Kamran Həsənli Çingiz Abdullayevi tənqid etdi -Video

Korrespondent.az/ Tanınmış jurnalist, aparıcı Kamran Həsənli yazıçı Çingiz Abdullayevi tənqid edib.

 

Aparıcı Çingiz Abdullayevi rus məktəbləri ilə bağlı dediyi fikirlərə görə tənqid edib. K.Həsənli rus məktəblərinin bağlanmasını səsləndirən azərbaycanlılara qarşı Çingiz Abdullayevin çıxış etdiyi mövqeni bəyənmədiyini dilə gətirib. 

 

Aparıcı yazıçının məsələyə sadəlövh yanaşdığını və heç də onun dediyi kimi Rusiya televiziyalarında rus dilini yaxşı bilən azərbaycanlıların çatışmazlığı probleminin olmadığını qeyd edib.

 

O bilidib ki, Rusiya teleməkanında kifayət qədər savadlı, rus dilini mükəmməl bilən azərbaycanlı jurnalistlər var. Ancaq onlar heç biri Azərbaycanı müdafiə edən mövqe sərgiləmir.

 

K.Həsənli “hörmətli yazıçımız 1 il Moskvada qalsın və kifayət qədər nüfuza sahib olduğu Rusiyada baxsın görək, Azərbaycan həqiqətlərini televiziyalarda dilə gətirə bilir, ya yox?” deyə Çingiz Abdullayevə müraciət edib.

 

Aparıcının dedikləri barədə ətraflı videonu təqdim edirik:

 

Mənbə: Azerinform.az