İTV “Haber Global”ı beş yaşı münasibəti ilə təbrik edib - VİDEO

İTV “Haber Global”ı beş yaşı münasibəti ilə təbrik edib - VİDEO

İTV Türkiyə teleməkanında qısa müddətdə böyük uğur qazanan “Haber Global” xəbər telekanalını 5 yaşı münasibəti ilə təbrik edib.

Qeyd edək ki, 2018-ci il sentyabrın 24-də yayıma başlayan “Haber Global” xəbər telekanalı fəaliyyətə başladığı ilk gündən etibarən Azərbaycana aid bütün mühüm mövzuları daim diqqət mərkəzində saxlayır, müntəzəm olaraq ölkəmizlə bağlı həqiqətləri öz auditoriyasına çatdırır.