Livanın cənubundakı Əl-Adisa sərhəd kəndində İsrail ordusu ilə “Hizbullah” arasında hərbi toqquşma baş verib.
Bu barədə “Hizbullah” hərəkatı məlumat yayıb.
“Döyüşçülərimiz səhər saatlarından Hallet əl-Mahaferdən Əl-Adisa şəhərinə girməyə cəhd edən İsrail piyada dəstəsi ilə qarşılaşıblar”, - məlumatda deyilir.
“Hizbullah” iddia edib ki, İsrail ordusu itkilər səbəbindən geri çəkilməyə məcbur olub.(Axar.az)