İspaniyanın Baş naziri: Sel fəlakətindən sonra 2025-ci il üçün yeni bir büdcəyə ehtiyac duyuruq

İspaniyanın Baş naziri: Sel fəlakətindən sonra 2025-ci il üçün yeni bir büdcəyə ehtiyac duyuruq

İspaniyanın Baş naziri Pedro Sançes oktyabrın 29-da ölkənin şərq və cənub bölgələri, xüsusilə Valensiyada ciddi tələfata, yüzlərlə insanın ölümünə səbəb olan sel və daşqınların iqlim dəyişikliyi böhranı ilə əlaqədar olduğunu bildirib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, indiki şəraitdə siyasi müzakirələrdən uzaq qalacağını və prioritetin həyat xilas etmək olduğunu deyib.

“Sel fəlakətindən sonra 2025-ci il üçün yeni bir büdcəyə ehtiyac duyuruq”, - Baş nazir vurğulayıb.

Qeyd edək ki, oktyabrın 29-da başlamış leysan yağışlarından sonra baş verən daşqınlar nəticəsində ölənlərin sayı 218 nəfərə çatıb.