İranın İsrailə hücumundan sonra NEFT BAHALAŞDI

İranın İsrailə hücumundan sonra NEFT BAHALAŞDI

İranın İsrailə raket hücumu birjalarda neftin qiymətini artırıb.

Korrespondent.az bildirir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin dekabr müqaviləsinin dəyəri 1,75% artaraq 1 barelə görə 74,85 ABŞ dollarına yüksəlib.

Paralel olaraq Nyu Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə VTİ markalı neftin 1 barelinin qiyməti də 1,93% artaraq 1 barrelə görə 71,18 ABŞ dolları təşkil edib.