İran rəhbərinin yaxınları rejimə qarşı - VİDEO

İran rəhbərinin yaxınları rejimə qarşı - VİDEO

Bu günlərdə İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin bacısı qızı Fəridə Muradxaninin Tehranda həbs olunması barədə xəbər  böyük əks-səda doğurdu. 

Bildirildiyinə görə, insan haqları müdafiəçisi xanım Muradxani yanvar ayının 13-də evinə qayıdarkən İran Kəşfiyyat nazirliyinin, yəni “Ettelaat”ın əməkdaşları tərəfindən saxlanıb, eyni zamanda onun mənzilində axtarış aparılaraq, bəzi əşyaları götürülüb.