İnternat məzunları növbəylə mənzillə təmin olunacaq

İnternat məzunları növbəylə mənzillə təmin olunacaq

“”Məzun evi” ilə bağlı Sosial Xidmətlər Agentliyinə müraciətlər var. Növbəti mənzillər hazır olanda növbəli şəkildə internat məzunları mənzillərlə təmin olunacaq”.

Modern.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib. 

O qeyd edib ki, mənzillərin tikintisi nazirlik tərəfindən həyata keçirilmir, tikiləndən sonra nazirliyə təqdim olunub.

V. Behbudov həmçinin bildirib ki, indiyə qədər internat məzunları üçün 3 korpus tikilib və 365 internat məzunu mənzillərlə təmin olunub.