İngiltərədə Rusiya kəşfiyyatına kömək edən şəxs həbs edilib

İngiltərədə Rusiya kəşfiyyatına kömək edən şəxs həbs edilib

İngiltərənin şərqindəki Harlou şəhərinin sakini Rusiya kəşfiyyatına kömək etməkdə ittiham olunub.

“Report” xəbər verir ki, bu barədə “BBC News” London polisinə istinadən məlumat yayıb.

Məlumata görə, 64 yaşlı Hovard Maykl Fillips Londonun mərkəzində terrorla mübarizə polisi tərəfindən həbs edilib. Onun işinə Vestminster magistrat məhkəməsində baxılacaq.

Bu iş çərçivəsində polis həmçinin Hertfordşir və Esseksdə iki ünvanda axtarış aparıb.

London polisi bildirib ki, bu işdə ictimaiyyət üçün daha geniş təhlükə yoxdur, həmçinin bu həbs 2023-cü il Milli Təhlükəsizlik Aktı ilə irəli sürülən digər istintaq və ittihamlarla bağlı deyil.

Fillips isə məhz polisin insanları onların xarici gücdən gələn təhdidlə əlaqəli fəaliyyətlərdə olduğundan şübhələnmək üçün ağlabatan əsaslar olduğu halda heç bir order olmadan saxlamağa icazə verən bu qanunun müddəasına əsasən həbs edilib.

Polis şübhəlinin hərəkətlərinin təfərrüatlarını açıqlamayıb, lakin onları Birləşmiş Krallıqla bağlı fəaliyyətlərin həyata keçirilməsində xarici kəşfiyyat xidmətinə maddi yardım kimi təsnif edib.