İngiltərə Premyer Liqasının bəzi oyunları azarkeşlərlə keçirilə bilər

İngiltərə Premyer Liqasının bəzi oyunları azarkeşlərlə keçirilə bilər

İngiltərə Premyer Liqasının Liverpul və London şəhərlərində keçiriləcək oyunlarında azarkeşlərin iştirakına icazə veriləcək.

"Report" "The Guardian" nəşrinə istinadən xəbər verir ki, paytaxt və Mersisayd bölgəsi 2-ci risk kateqoriyasına daxil edilib.

Bu şəhərləri təmsil edən komandaların oyunlarına 2 000-dək fanat buraxıla bilər. Beləliklə, "Liverpul", "Everton", "Tottenhem", "Çelsi", "Arsenal", "Brayton", "Kristal Pelas", "Vest Hem", "Fulhem" və "Sautgempton"un doğma meydanda oynayacağı matçlarda azarkeşlər olacaq.

Digər 10 klubun ev oyunlarında isə tribunalar boş qalacaq.