İlham Əliyev “Milli Şəhərsalma Forumu”nda çıxış edir - CANLI YAYIM

İlham Əliyev “Milli Şəhərsalma Forumu”nda çıxış edir - CANLI YAYIM

Ağdam şəhərində “Milli Şəhərsalma Forumu” öz işinə başlayıb.

Oxu.Az xəbər verir ki, tədbirdə Prezident İlham Əliyev çıxış edir.

Tədbirdə həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da iştirak edir.

Həmin görüntüləri təqdim edirik:

10:52

Azərbaycanda ilk dəfə “Milli Şəhərsalma Forumu” keçiriləcək.

Oxu.Az xəbər verir ki, iki gün davam edəcək forum Ağdam və Bakı şəhərlərində keçiriləcək.

Forumun Ağdamda keçirilən ilk günündə Prezident İlham Əliyev çıxış edəcək. 

Çıxışı Prezidentin rəsmi sosial şəbəkə hesablarından izləyə bilərsiniz.

Qeyd edək ki, sözügedən Forum BMT-nin Məskunlaşma Proqramının (“UN-Habitat”) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı və Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilati dəstəyi ilə həyata keçiriləcək.