Yəmən husiləri İsraildəki hərbi obyektlərə raket zərbələri endiriblər.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə husilərin nümayəndəsi general Yəhya Sari “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
O qeyd edib ki, hücumda üç “Qüds-5” qanadlı raketindən istifadə olunub: “Raketlər hədəflərinə uğurla çatıb”.
Y.Sari vurğulayıb ki, İranın İsrailə zərbələr endirməsini dəstəkləyir.
General, həmçinin İsrailə qarşı birgə hərbi əməliyyatlara hazır olduqlarını bildirib.