Hindistanın ən zəngin ailəsinin sərvəti ölkə ÜDM-inin 10 faizini təşkil edir

Hindistanın ən zəngin ailəsinin sərvəti ölkə ÜDM-inin 10 faizini təşkil edir

Hindistanlı milyarder Mukeş Ambaninin ailəsinin sərvəti bütünlükdə ölkə ÜDM-inin təxminən 10 faizini təşkil edir.

“Report” xəbər verir ki, bu barədə “Hindustan Times” “Barclays-Hurun India Bank”ın hesabatına istinadən yazıb.

Martın 20-nə olan məlumata görə, Ambani ailəsinin sərvəti 25,7 trilyon rupi və ya 385,5 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilib.

Ambaninin biznes imperiyası olan “Reliance Industries” ölkədəki ən böyük holdinqdir. O, energetika, telekommunikasiya və pərakəndə satış sektorlarını alıb.

Hindistanın ən zəngin ailələri reytinqində ikinci yerdə 7,13 trilyon rupi kapitalı ilə milyarder Nirac Bacacın ailəsi qərarlaşıb. İlk üçlüyü isə 5,39 trilyon rupi ilə Kumar Birlanın ailəsi tamamlayır.