Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşdu: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR, VİDEO

Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşdu: ÖLƏNLƏR VƏ YARALANANLAR VAR, VİDEO

Hindistanın Qərbi Benqal əyalətində sərnişin qatarı ilə yük qatarı toqquşub.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, yük qatarı Ranqapani stansiyası yaxınlığında ekspress qatara çırpılıb.

Nəticədə 5 sərnişin həlak olub, daha 25 nəfər isə yaralanıb.

Hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Qəzanın başvermə səbəbləri araşdırılır.