“Harri Potter”in ulduzu ata olub - FOTO

“Harri Potter”in ulduzu ata olub - FOTO

“Harri Potter” haqqında filmlər silsiləsinin ulduzu, 33 yaşlı aktyor Deniel Redkliff ilk dəfə ata olub.

Belə ki, fotoqraflar sənətçini uşaq arabası ilə gəzintidə görüblər. Sevgilisi, amerikalı aktrisa Erin Dark da onun yanında olub.

Redkliff ailəsində ilk uşağın doğulması ilə bağlı hansısa təfərrüat yoxdur.

Qeyd edək ki, sənətçilər 2012-ci ildə “Kill Your Darlings” filminin çəkiliş meydançasında tanış olublar. Daniel və Erin 10 ildən çoxdur ki, birlikdədirlər.