Gürcüstanda azərbaycanlıların sıx yaşadığı ərazidə binanın eyvanı uçub, bir nəfər ölüb

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı ərazidə binanın eyvanı uçub, bir nəfər ölüb

Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun mərkəzində beşmərtəbəli binada uçqun olub.

“Report”un yerli bürosu xəbər verir ki, 5-ci mərtəbədəki mənzilin eyvanının uçması nəticəsində 4-cü mərtəbədəki eyvan da dağılıb.

Hadisə zamanı 40 yaşlı qadın ölüb, iki nəfər isə xəsarət alıb. Yaralananlardan biri hamilə qadındır. Onlar xəstəxanaya çatdırılıb.

Yaralananlardan digəri 8 yaşlı uşaqdır. Çoxsaylı sınıqları olduğundan uşağın Tbilisidəki klinikalardan birinə köçürülməsinə qərar verilib.

Əraziyə polis və xilasedicilər cəlb olunub.