Gülər Əhmədova müxalifətə keçir ?

Gülər Əhmədova müxalifətə keçir ?

Korrespondent.az/ Sabiq deputat, Tofiq Yaqublu barədə çağırış edib. 

"Heç kim mənə müxalifətə keçdi deməsin, daha dözə bilmirəm, Nigarın  videolarına baxmaq mümkün deyil, çırpınır, bilmir ki ,daha neyləsin, baxışları məni öldürür.Qızlar ata üçün istəsə can da verər.(Mənim atam 57 yaşında xərçəngdən 6 ayın içində əridi.Dərmanlar o vaxt çox baha idi Qardaşım  İlqar Mikayıloğlu 96-97-də o pulu qazanmaq üçün dünyanın ən çətin döyüş  bölgələrinə güllənin altına getdi.Dərmanı aldıq, amma gec idi...Nələr verməzdim ki...Atamla kəlməyi-şəhadəti mən oxudum son nəfəsində. Düz iki dəfə)

Cənab Prezidentdən xahiş edirəm:

Atasını,  Qarabağ qazisini Togiq Yaqublunu azad edin!"

 

Bu sözləri Gülər Əhmədova özünə məxsus "Facebook" hesabında yazıb.