Goranboyda kişi gəlinin evinin önünə qumbara atıb, xəsarət alan var

Goranboyda kişi gəlinin evinin önünə qumbara atıb, xəsarət alan var

Goranboyda 38 yaşlı qadın ailə münaqişəsi zəminində yaralanıb.

Hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Vəfa Aslanova ailə münaqişəsi zəminində çox saylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Yaxınlarının dediyinə görə, qadının qayınatası 1957-ci il təvəllüdlü Zakir Namazov qadının yaşadığı evin önünə qumbara atıb. Nəticədə qadın qəlpə xəsarətləri alıb.