Fransanın məşhur 37 yaşlı aktyoru Qaspar Ulyel vəfat edib.
Modern.az xəbər verir ki, o, dağda xizəkçi ilə toqquşub və ağır xəsarətlər alıb.
Kəllə-beyin travması alan aktyor helikopterlə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Ulyel “Hannibal. Yüksəliş”, "Uzun izdivac", "Sen-Loran.Stil mənəm” və “Bu sadəcə dünyanın sonudur” filmlərində rol alıb.