Ermənistan Rusiya vasitəsilə Bakıya təkliflər GÖNDƏRDİ

Ermənistan Rusiya vasitəsilə Bakıya təkliflər GÖNDƏRDİ

Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycana sərhəddəki vəziyyətin deeskalasiyasına yönəlmiş təkliflər paketini təhvil verib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində çıxış edəm xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Biz Rusiya tərəfinə, həmçinin Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycana təqdim edilmiş təkliflər paketi hazırlamışıq. Bu təkliflər sərhəddə vəziyyətin deeskalasiyasına yönəlib", - XİN rəhbəri bildirib.

Mirzoyan bəyan edib ki, hazırda Ermənistan və Azərbaycan XİN rəhbərlərinin yeni görüşü planlaşdırılmır, lakin ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri hazırlanır:

“Hazırda Minsk Qrupu formatı çərçivəsində görüşlər, mən konkret yeri və tarixi nəzərdə tuturam, nəzərdə tutulmayıb, Minsk Qrupu həmsədrlərinin regiona səfəri hazırlanır”.